22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanılıb və ötən dövr ərzində imtahanlarda iştirak edən 514 həkim, 290 orta tibb işçisi şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar.
İyunun 3-də keçirilən növbəti sertifikasiya imtahanının müsahibə mərhələsində 17 ixtisas üzrə həkimlər öz bilik və bacarıqlarını sınamalı olublar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda həkimlərə öz ixtisaslarına aid nəzəri, habelə onların bilik səviyyəsini və peşə vərdişi­ni müəyyən edən praktik suallar verilib.

Müsahibələr açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan ediblər. 31 nəfər sertifikasiya imtahanını uğurla başa vurub. Səkkiz nəfər imtahanda iştirak etməyib. Səciyyəvi cəhət budur ki, imtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi həkimlərin hazırlığına öz müsbət təsirini göstərdiyindən zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Bu imtahanda onların hamısı növbəti 5 il üçün sertifikat alıblar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR