22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, təhsil müəssisələrində çalışan qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklər üzrə kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-onkoloqları tərəfindən son iki ildə Naxçıvan şəhəri, Şərur, Sədərək, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 2000-dən çox qadın təhsil işçisinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı 85 qadında fibroadenoma, mastopatiya və digər patologiyalar aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunublar və mammoqrafiya müayinəsindən keçirilərək diaqnozları dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.
Yaz mövsümünün profilaktik tibbi müayinələrinə Ordubad rayonunda start verən Onkoloji Mərkəz artıq Ordubad şəhərində, Dəstə, Kotam, Əndəmic, Əylis, Nüsnüs kənd tam orta məktəblərində çalışan qadın təhsil işçilərini müayinələrdən keçirib.
Mayın 20-də isə Dırnıs, Vənənd, Xanağa, Kələki, Unus, Pəzməri və Vələver kənd məktəblərində çalışan qadınlar keçirilən müayinə aksiyasında iştirak ediblər. Bu məktəblərdə 175 qadın təhsil işçisi müayinədən keçib, 6 nəfər mastopatiya və digər patologiyalar aşkar edilərək Onkoloji Mərkəzə dəvət olunub. Bütövlükdə isə mövsüm ərzində Ordubad rayonunun tam orta məktəblərində 454 qadın təhsil işçisi müayinədən keçirilib, 22 nəfər dispanser qeydiyyatına alınıb.
Rayonun şəhər və kənd məktəblərində qadın təhsil heyətinin profilaktik tibbi müayinələrini ayda üç dəfə həyata keçirməklə ilin sonuna qədər başa çatdırmaq nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR