22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Növbəti test imtahanında stomatologiya, kardiologiya, nevrologiya, endokrinologiya, şüa diaqnostikası, terapiya, dermatovenerologiya, ginekologiya – bütövlükdə, 11 ixtisas üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sertifikasiya imtahan şurasının sədri Süleyman Cəfərov tibb işçilərinin sertifikasiyasını kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri kimi dəyərləndirərək demişdir ki, sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri, eləcə də təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 36 tibb işçisinə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
İmtahanda 5 nəfər 60-70, 7 nəfər 70-80, 10 nəfər 80-90, 14 nəfər isə 90-100 arası bal toplamışdır ki, bu da əvvəlki imtahanlara nisbətən ən yüksək nəticədir.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR