22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olmuşdur. Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası mayın 7-10-da Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkimlər 3 günlük aksiya müddətində 2478 nəfəri müayinə etmiş, 84 nəfərdə müxtəlif cərrahi əməliyyatlar aparmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR