22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Ötən il payız mövsümünün kütləvi profilaktik müayinələri muxtar respublikanın bütün təhsil müəssisələrini əhatə edib, 43 min 589 uşaq kompleks tibbi müayinədən keçib, 4 min 73 uşaq göz, stomatoloji, nevroloji, cərrahi, dəri-zöhrəvi və digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlanmalar üçün xəstəxanaya – stasionara dəvət edilib. Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksək­ixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, zəruri hallarda isə stasionar müalicəsi təşkil olunub.

Cari ildə şagirdlər arasında yaz mövsümünün dərin tibbi yoxlamaları aprelin 28-də başa çatıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində müayinənin təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunub, məktəblərdə işləyən həkim və tibb bacıları xəstəxananın Poliklinika şöbəsinə dəvət edilərək keçiriləcək tədbir, xüsusən dispanserizasiya haqqında təlimatlandırılıblar. LOR, oftalmoloq, endokrinoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortoped və digər ixtisaslı mütəxəssislərdən təşkil olunmuş həkim briqadası Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 541 şagirdi tibbi yoxlamadan keçirib ki, bu da şəhər məktəblilərinin 97 faizini təşkil edir. 1008 oftalmoloji, 491 LOR, 213 nevroloji, 155 cərrahi, 55 dermato-veneroloji, 201 endokrinoloji, 181 pediatrik xəstəliyə meyilli uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR