22 Dekabr 2024, Bazar

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin tibb işçiləri bölgələrdə cərrahi əməliyyatları uğurla davam etdirirlər. Yeni səhiyyə müəssisələrindən olan Culfa Rayon Mərkəzi Xəstəxanasında da cərrahiyyə əməliyyatları aparılır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahları və əməliy­yat blokunun tam heyəti ötən şənbə bu səhiyyə müəssisəsində olub, əvvəlcədən növbəyə alınmış xəstələri müayinə edib, tövsiyələr veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olan 30 nəfər üzərində uroloji, proktoloji qiqant, yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr 1 günlük müşahidədən sonra evlərinə buraxılıblar.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərlə tibbi avadanlıqların işləmə qaydaları haqqında söhbətlər aparıblar.
Mərkəzin əməliyyat bloku digər rayonlarda da ucqar dağ və sərhəd kəndlərini əhatə etməklə cərrahiyyə əməliyyatları davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR