22 Dekabr 2024, Bazar

Son illər uşaqların, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicələrinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Ötən il payız mövsümünün kütləvi profilaktik müayinələri muxtar respublikanın bütün təhsil müəssisələrini əhatə edib, 43 min 589 uşaq kompleks tibbi müayinədən keçib, 4 min 73 uşaq göz, stomatoloji, nevroloji, cərrahi, dəri-zöhrəvi və digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlanmalar üçün xəstəxanaya – stasionara dəvət edilib. Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, zəruri hallarda isə stasionar müalicəsi təşkil olunub.

Aprel ayının 6-dan isə şagirdlər arasında yaz mövsümünün dərin tibbi yoxlamalarına start verilib. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən Naxçıvan şəhərindəki məktəblərdə müayinənin təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunub, məktəblərdə işləyən həkim və tibb bacıları xəstəxananın Poli­klinika şöbəsinə dəvət edilərək keçiriləcək tədbir, xüsusən dispanserizasiya haqqında təlimatlandırılıblar. LOR, oftalmoloq, endokrinoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortoped və digər ixtisaslı mütəxəssislərdən təşkil olunmuş həkim briqadası 1 və 2 nömrəli tam orta məktəblərdə, eləcə də Qızlar Liseyində dərin tibbi yoxlamalar aparıb. 910 məktəbli profilaktik müayinələrə cəlb edilib. Xəstə­liyə meyilli uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilir.
Tam orta məktəblərin şagirdləri arasında yaz mövsümünün dərin tibbi yoxlamaları aprelin sonunadək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR