22 Dekabr 2024, Bazar

Martın 17-də – ilaxır çərşənbə günü Naxçıvan Muxtar Respublikası Psixi Xəstə­liklər Dispanseri, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanserində yazın gəlişini müjdələyən Novruz bayramı ərəfəsində bayram süfrəsi açılıb.
Qədim adət-ənənələrimizə uyğun xonça, bərəkətli torpaqlarımızın şirin bəhrəsi olan dadlı meyvələr, səməni, şəkərbura, paxlava, şərbətlər, milli içkilər, müxtəlif rənglərdə boyanmış yumurtalarla bəzədilmiş plov süfrəsi başında vurğulandı ki, Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, müstəqil Azərbaycan Respublikasının bayramıdır.

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə əmanət qoyduğu ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edib.
Tədbirdə ifadə olunan arzular belə idi: builki Novruz bayramı körpələrimizə mavi səma, bütün Azərbaycan xalqına qələbə sevinci bəxş etsin. Qoy bütün xəstələr şəfa tapıb ölkəmizin daha da qüdrətlənməsinin fəal iştirakçılarına çevrilsinlər. İndi insan sağlamlığının qorunması insan amilinə verilən ən böyük dəyərdir. Muxtar respublikamızda yeni səhiyyə müəssisələrinin açılması, onların ən müasir avadanlıqlarla təchiz edilməsi bu dəyərin parlaq ifadəsidir.

Naxçıvan Muxtar
Respublikası Səhiyyə  Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR