22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Stomatoloji Mərkəzin iş planına uyğun olaraq, muxtar respublikamızda bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə stomatoloji müayinələrin aparılması nəzərdə tutulub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzdə 6 həkim və 6 tibb bacısından ibarət briqada yaradılıb. Yanvarın 22-də start verilən ilkin mərhələnin profilaktik tədbirləri hazırda uğurla davam etdirilir.

 Yaz mövsümünün stomatoloji müayinələri Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərini əhatə edəcəkdir. Bu müddətdə müayinələrə 11 min 435 nəfər məktəblinin cəlb edilməsi nəzərdə tutulub. Artıq Naxçıvan şəhərinin 7 ümumtəhsil məktəbində, eləcə də Ordubad şəhərindəki Məhəmməd Füzuli adına tam orta internat məktəbində müayinələrin ilk mərhələsi başa çatıb. Müayinələrlə əhatə edilən 3,4 min şagirdin 55 faizində çənə qüsuru, diş əti xəstəliyi, kariyes və onun fəsadları müşahidə olunaraq onlar qeydiyyata alınıblar. Məktəblərdə fəaliyyət göstərən tibb kabinələrinin işçiləri uşaqların müayinədən keçirilməsində və sənədləşmənin aparılmasında, eyni zamanda qeydiyyata götürülməsində yaxından iştirak edirlər. 

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova çıxış edərək dişlərə qulluğun insan sağlamlığında rolundan danışıb.
Sonra ağız boşluğuna qulluq haqqında slaydlar nümayiş etdirilib.
Tibb kabinəsində məktəbin 800 şagirdi profilaktik müayinə­lərə cəlb edilib, ağız boşluğunun, dişlərin profilaktik müayinələri aparılıb. Kariyes və diş əti xəstəli­yi müşahidə olunan şagirdlərin valideynlərinə onların müalicəyə cəlb edilməsi tövsiyə olunub. Məktəblərin yaz tətilindən sonra Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin də bu müayinələrdə iştirak edərək praktik vərdişlərə yiyələnmələri nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR