22 Dekabr 2024, Bazar

Fevral ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yeni doğulmuş uşaqların 96,1 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 15908 kvadratmetr dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, 36 məhsul sertifikatlaşdırılmışdır.
Ay ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 46 su, 284 yuyuntu nümunələrinin, 412 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 203, təhsil üzrə 191, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 263, kommunal sahələr üzrə 68, sürücülük üzrə 120 nəfər olmaqla, bütövlükdə, 845 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 12 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 81 nümunədə 324 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 8 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.

Kommunal gigiyena laboratoriyasında 89 nümunədə 712, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 19 nümunədə 76 müayinə aparılmışdır. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 25 mühazirə oxunmuş, 2 seminar keçirilmiş, tibbi şurada 6 məsələ müzakirə edilmişdir.
“İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR