22 Dekabr 2024, Bazar

Tibbi biliklərin yüksək səviyyədə olması sağlam cəmiyyətin yaradılması işində vacib amildir. Bu amil isə səhiyyə maarifi işinin təşkilindən xeyli dərəcədə asılıdır. Əhalinin təhlükəsiz həyat sürməsinə, sağlamlığın yaxşılaşdırılması və xəstə­liklərin sayının azaldılmasına, eləcə də psixi sağlamlığın qorunması, ilk yardım vərdişlərinin aşılanmasına yönəldilən tədbirlər səhiyyə maarifi işinin əsasını təşkil edir. Bu məqsədlə muxtar respublikamızın səhiyyə işçiləri əhalinin müxtəlif təbəqələri ilə qarşılıqlı əlaqələr yaradır, onlarla söhbətlər aparır, təlim-məşğələlər təşkil edirlər.

Səhiyyə maarifi aparılarkən əyani vasitələrdən də geniş şəkildə istifadə olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bu ilin fevral ayında uşaqların icbari dispanserizasiyasına aid 4 min ədəd buklet, 200 ədəd plakat, müxtəlif xəstəliklərə dair 9 min 720 ədəd müalicə protokolları, plakat, vərəqə və kitabçalar gətirilərək tibb müəssisələrinə paylanmışdır. Plakatlar Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na, bukletlər “Ürək-damar xəstəliklərinin profilaktikası üzrə klinik protokol”a, kitabça və vərəqələr isə “Tütünçəkmədən imtinaetmə üzrə klinik protokol”a uyğun olaraq hazır­lanmış və çap edilmişdir.
Yüksək poliqrafik keyfiyyəti ilə diqqət çəkən əyani vasitələr təkcə tibb işçiləri üçün deyil, həmçinin ictimaiyyət üçün də əhəmiyyətlidir. Belə ki, “Böyüklərdə bədən kütləsi indeksi”, “Qan təzyiqi səviyyələrinin təsnifatı”, “Qan təzyiqinin korreksiyasına dair tövsiyələr”, “Tütünçəkmədən imtinaetmə üzrə alqoritm və 5A strategiyası”, “Anti­trombositar terapiya üzrə tövsiyələr”, “Sağlam qidalanmanın xüsusiyyətləri” və digər materiallar sağlamlığının qədrini bilən hər bir kəs üçün, eləcə də səhiyyə maarifi üçün qiymətli məlumat mənbələridir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR