22 Dekabr 2024, Bazar

Son illər 40-45 yaşlı insanlarda ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranma riski artdığından onlar arasında  profilaktik müayinə tədbirlərinin aparılması  xüsusi əhəmiyyət kəsb edir. Belə hallar nəzərə alınaraq muxtar respublikamızda 40-45 yaşlı əhalinin kütləvi dispanserizasiyası həyata  keçiriləcəkdir.  

40-45 yaşlı əhalinin kütləvi profilaktik tibbi müayinəsini aparmaq üçün Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlardan ibarət həkim briqadaları yaradılır və onların iş qrafiki tərtib edilir. Həmin qrafikə uyğun olaraq, bu il aprelin 1-dən şəhər və rayonlarda 40-45 yaşlı əhalinin kütləvi profilaktik tibbi müayinələrinə başlanılacaq, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil ediləcəkdir.
Aşkar olunan xəstələrin sayı dəqiqləşdirilərək hər ay muxtar respublika Səhiyyə Nazirliyinə yazılı məlumat təqdim olunacaq, dispanser xəstələrin müayinə və müalicəsi işinə nəzarət daha da artırılaraq aşkar olunan ilkin xəstələrin siyahısı bölgələr üzrə dəqiqləşdiriləcəkdir.
Dispanserizasiya tədbirləri iyulun 30-da başa catdırılacaq və müayinələrin nəticələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təhlil ediləcək.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR