22 Dekabr 2024, Bazar

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır.
Bölgədə analoqu olmayan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda göz, TUR, açıq ürək, neyrocərrahi, travmatoloji, uroloji, invaziv yolla ürək əməliyyatlarını uğurla həyata keçirirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin həkim briqadası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il ərzində 4 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuş, 80 nəfərdə EXO müayinə, 54 nəfərdə angioqrafiya, 43 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı aparmışdır. Yaranmış ənənə cari ildə də davam etdirilir. Yüksəkixtisaslı həkim briqadası yanvar ayında Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 15 müayinə, 7 açıq ürək, fevral ayında isə 10 açıq ürək əməliyyatı aparmışdır.
Heyət bu il martın 1-də üçüncü dəfə Naxçıvana gələrək Diaqnostika-Müalicə Mərkəzində açıq ürək əməliyyatları aparmışdır. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində 6 açıq ürək-aortakoronar şuntlama əməliyyatı həyata keçirilmişdir. Bundan başqa, anadangəlmə ürək qüsuru olan 2 uşaq üzərində mədəciklər və qulaqcıqlararası defektlər aradan qaldırılmışdır. Kardiocərrahlardan Seymur Musa­yevin, Fərid Hüseyn­ovun, reanimatoloq-anestezioloq və əməliyyat tibb bacılarının təmsil olunduğu heyət xəstələri müxtəlif kardioloji müayinələrdən keçirmiş, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırmış, onlara tibbi məsləhət və tövsiyələr vermişdir.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar cərrahı İntiqam Fətul­layev, anestezioloq-reanimatoloq Şahin Mazanov, reanimasiya, anesteziologiya və əməliyyat tibb bacıları da yaxından iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR