22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əvvəllər vərəmli xəstələrin qeydə alındığı yaşayış məntəqələrinin tam orta məktəblərində aşkarlanmış ilkin vərəm intoksikasiyalı uşaqları vaxtında müayinə və müalicəyə cəlb etmək üçün bu il fevral ayının 2-dən I-IV sinif şagirdləri arasında mantu sınağı aparılıb. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər həyata keçirilib, mantu sınağına cəlb edilən məktəblərdə şagirdlərin siyahıları tərtib olunub, ərazi prinsipi üzrə yaradılmış bir həkim və iki tibb işçisindən ibarət xüsusi briqadalar bu mühüm profilaktik tədbiri nəzərdə tutulan vaxtda başa çatdırıblar.

Naxçıvan şəhərində 335 şagirddən 321-i sınağa cəlb edilib. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim və vaksinatorları tərəfindən icra olunan mantu sınağında 297 şagirddə mənfi, 3 şübhəli, 19 müsbət, 2 hiperergik reaksiya aşkar edilib.
Seçmə üsulla müəyyən edilən rayon ümumtəhsil məktəblərində isə mantu sınaqları ərazi prinsipi üzrə aparılıb. Rayon mərkəzi xəstəxanaları, kənd səhiyyə müəssisələri, məktəb tibb məntəqələrinin həkim və tibb işçiləri tuberkulin diaqnostikasında bu zəruri mərhələni nəzərdə tutulan vaxtda başa vurublar. 4631 şagird kontingentindən 4245-i sınağa cəlb olunub, onlarda 3609 mənfi, 412 şübhəli, 198 müsbət, 26 hiperergik reaksiya aşkar edilib.
Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilib və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstə­likləri Dispanserinə məlumat verilib. Nəticələr qiymətləndirilərkən müsbət və hiperergik reaksiyalı uşaqların dərin ftiziatr müayinəsinə cəlb olunmaları üçün zəruri tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR