22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iclas keçirilib. İclasda tibb müəssisələrindəki həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. Birgə iclasda pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyəti, tibbi sosial ekspert komissiyalarına göndərişlərin vəziyyəti barədə məlumat verib.

Tədbirdə bildirilib ki, hazırda əlilliyin təyin olunması meyarları müvafiq hüquqi baza ilə müəyyənləşdirilir və əlillik vətəndaşın xəstə­liyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstə müvafiq səhiyyə müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir və həmin komissiya tərəfindən xəstəyə “Forma 88” adlanan göndəriş verildiyi halda, o, ərazi tibbi sosial ekspert komissiyasına göndərilir. Burada ətraflı müayinə olunur və ona vəziyyətə uyğun olaraq, əlillik dərəcəsi (I, II, III) müəyyən edilməklə əmək zəmanəti verilir. Əmək zəmanəti verilərkən isə vətəndaşın əmək qabiliyyətli olub-olmamasına dair məlumatlar (işi, ixtisası, peşəsi) nəzərə alınır. Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində tibbi sosial ekspert komissiyasına göndərişlərin sayı ilbəil azalır. Məsələn, 2014-cü ildə səhiyyə müəssisələri tərəfindən əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı əvvəlki illə müqayisədə 105 nəfər azalıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev ötən il rayonlar üzrə tibbi sosial ekspert komissiyasına göndərilən müraciətlər, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.
Tədbirdə həkim-məsləhət komissiyaları tərəfindən tibbi sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi, hiper­diaqnostika, əsaslandırılmamış göndərişlərin yazılmasına yol verilməməsi, imtiyazlı əlillərin nəqliyyat vasitələri ilə təmin olunmasında tam şəffaflığın yaradılması barədə baş həkimlərə xüsusi tapşırıqlar verilib. İki nazirliyin birgə əməkdaşlığının muxtar respublikada əlilliyin təyin olunması vəziyyətinin daha da yaxşı­laşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR