22 Dekabr 2024, Bazar

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının burada təşkili artıq ənənə halını alıb.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il göz, TUR, açıq ürək, neyrocərrahi, travmatoloji, uroloji, invaziv yolla ürək əməliyyatlarını uğurla həyata keçirirlər.
Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin 9 nəfərlik heyəti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu il ikinci dəfə – fevralın 7-dən 10-dək Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olub, yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində 11 açıq ürək-aortakoronar şuntlama əməliyyatı aparıb. Kardiocərrahlardan Seymur Musayevin, Fərid Hüseynovun, Nurlana Mahmud­ovanın, Ramal Həsənovun, reanimatoloq-anestezioloq Aynurə Qasımovanın və əməliyyat tibb bacılarının təmsil edildiyi heyət xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırıb, ürək xəstəliyi aşkarlanan xəstələrə tibbi məsləhət və tövsiyələr veriblər.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar cərrahı İntiqam Fətullayev, reanimasiya, anestezioloji tibb bacıları da iştirak ediblər.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyəsi şöbəsinin invaziv kardioloqu Elnur İmanov da bu müddət ərzində Diaqnostika-Müalicə Mərkəzində fəaliyyət göstərib, 12 nəfərdə exokardioqrafiya, 7 nəfərdə isə koronar angioqrafiya müayinələri aparıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR