22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsi çərçivəsində “Perinatal qulluğun keyfiyyətinin davamlılığının təmin edilməsi” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov ötən il Doğum Mərkəzində perinatal qulluq, ailə planlaması, doğuş zamanı yardım və yenidoğulanlara göstərilən tibbi yardımla əlaqədar təlimlərin keçirildiyini xatırlatmış, növbəti tədbirin bu sahədə qazanılan nəzəri biliklərin monitorinq alətləri ilə davamlılığının təmin edilməsinə xidmət etdiyini bildirmişdir.

Layihənin reproduktiv sağlamlıq və ailə planlaması üzrə mütəxəssisi, ginekoloq Afət Məmmədova və tibbi xidmətin yaxşılaşdırılması üzrə mütəxəssisi, neonatoloq Tural Bayramov çıxış edərək qeyd etmişlər ki, ölkəmizdə səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi, yüksək ixtisaslı həkimlər tərəfindən dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıq, aparat və cihazlarla müayinə və müalicə işlərinin təşkili ana və uşaqlara tibbi xidmətin səmərəliliyinin yüksəldilməsinə şərait yaratmışdır. Diaqnostik və müalicə standartlarının işlənib hazırlanması, onların təkmilləşdirilməsi, uşaqlı ailələrə dövlət dəstəyinin, reproduktiv hüquqlarının həyata keçirilməsi üçün tibbi, sosial, psixoloji və pedaqoji yardımın göstərilməsi müxtəlif yolla yayılan xəstəliklərin profilaktikasında, diaqnostika və müalicəsində mühüm rol oynayır. Ana və körpənin sağlamlığı mehriban ailə münasibətlərinə zəmanət olmaqla yanaşı, həm də ölkə­mizin sağlam gələcəyi deməkdir.
Tədbirdə indikatorlar və monitorinq, eləcə də qiymətləndirmə alətləri, dəstəkverici nəzarət barədə məlumat verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. Sonda şöbələrdə neonatal yardımın keyfiyyəti qiymətləndirilmiş, təcrübi məşğələlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR