25 Dekabr 2024, Çərşənbə

Hazırda COVID-19-un spesifik müalicəsi yoxdur, lakin xəstənin səhhəti bərpa olunanadək simptomları yüngülləşdirən tədbirlər görülə bilər. Bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində kliniki vəziyyətin ağırlaşması müşahidə edilə bilər.

Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) COVID-19-a yoluxmuş şəxslərin evdə klinik idarə edilməsinə dair hazırladığı sənəddə əks olunub.

Sənəddə qeyd olunur ki, COVID-19-un kliniki simptomları aşağıdakılardır:

• Qızdırma;

• Öskürək;

• Mialgiya və ya halsızlıq;

• Boğaz ağrısı;

• Tənəffüs çatmazlığı və ya təngnəfəslik;

• Qoxu və dad hissin itirilməsi;

Ağırlaşmalar:

• Pnevmoniya;

• Kəskin böyrək çatmazlığı;

• Perikardit;

• Disseminə olunmuş damardaxili laxtalanma;

• Sepsis və ya septik şok;

• Ağciyər və ürək çatmazlığı;

Yüksək risk qrupu:

• 60 yaşdan yuxarı şəxslər;

• Siqaret çəkənlər;

• Ürək-damar xəstəlikləri olan şəxslər;

• Şəkərli diabet;

• Arterial hipertoniya;

• Piylənmə (BKİ >30, boy təyin etmək mümkün olmadıqda, çəkisi>100kq)

• İmmun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, üzün müddət steroid müalicəsi alan şəxslər,

orqan transplantasiyası keçirmiş şəxslər, kimyəvi terapiya, immunmodulyator müalicə alan şəxslər);

• Xroniki tənəffüs xəstəlikləri (kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s.);

• Digər xroniki xəstəliklər (məsələn; xroniki böyrək çatmazlığı, xronik qaraciyər çatışmazlığı, oraq hüceyrəli

anemiya və s.)

Sənəddə, həmçinin COVID-19 təsdiqlənmiş xəstələrdə asimptomatik və yüngül halların evdə müşahidəsinə dair müalicəvi tövsiyələr də yer alıb.

Yüksək temperatura qarşı tədbirlər:

• İstirahətin təmin olunması;

• Dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə, bol maye qəbulu. Sidik ifrazatı şəffaf, açıq-sarı rəngdə olana qədər maye qəbulu davam etdirilə bilər.

Öskürəyə qarşı tədbirlər:

• Öskürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyə olunur.

Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər.

• Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər (1 yaşa qədər uşaqlar istisna olmaqla).

Tənəffüs çatışmazlığına qarşı tədbirlər:

• Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanılmalıdır.

• Otağı soyutmaq üçün qızdırıcı söndürülməli və pəncərələr açılmalıdır, virusun yayılmasının qarşısının alınması məqsədilə ventilyator istifadəsi qadağandır.

• Əlavə olaraq aşağıda qeyd olunanlara riayət edilə bilər:

• Nəfəs burun və ağızdan asta verilməli, sanki şam söndürülür.

• Oturacaqda əyləşmək lazımdır.

• Çiyinlər rahat tutularaq beli əymədən düz saxlanılmalıdır.

• Bir az irəli əyilərək, əllər diz və ya möhkəm dayağa qoyulmalıdır, məsələn, digər oturacağın üzərinə.

Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.

Xəstələrin evdə müşahidə meyarlarına isə aşağıdakılar aiddir:

Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr;

COVID-19-un yüngül simptomlar/simptomları olmayan;

COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda;

Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu;

24/7 internet çıxışının olması.

Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

Sənəddə qeyd olunub ki, yüksək riskli xəstələr xəstəxana triajına göndərilirlər. Orta riskli şəxslərdə isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Onlarda klinik pisləşmə olarsa, həmin xəstələr xəstəxana triajına göndərilirlər. Aşağı riskli şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.

Qayda və tövsiyələrdə, həmçinin 18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslərin müalicə sxemi də yer alıb.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR