25 Dekabr 2024, Çərşənbə

14 iyun Beynəlxalq Donor Günü ilə bağlı Naxçıvan Muxtar Respublika  Xəstəxanasında qanvermə aksiyası keçirilib. Xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri komitəsinin  əməkdaşları da qoşulub.

 Əvvəlcə Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan virus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək sağlamlıqları yoxlanılıb, donor kimi aksiyada iştirakları müəyyənləşdirilib.

“Qan ver, yaşat!” devizi altında keçirilən qanvermə aksiyaında bildirilib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir.

Qan vermək donorun özü üçün də sağlamlıqdır. Ona görə mən həmişə ətrafımda olanlar arasında bunu təbliğ edir və onları donor mədəniyyətinə yiyələnməyə çağırırıq.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir neçə saat davam edən  aksiyada 27 donordan götürülən 13,5 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.

Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti


 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR