25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə könüllü qanvermə aksiyası keçirib.

Əvvəlcə həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan ­götürülüb.

Qanvermə aksiyasında iştirak edən könüllü donor Abbasəli Əlizadə, Vüsalə Vəliyeva, Tarverdi Məmmədov bildiriblər ki, həyatda hansısa xəstəlik və ya bədbəxt hadisə nəticəsində qana ehtiyac yarana bilər. Bu halda kiminsə həyatını xilas etməyə kömək göstərmək ən vacib və gərəkli əməllərdən biridir.

Qeyd edilib ki, ölkəmizdə talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir neçə saat davam edən aksiyada 22 donordan könüllü olaraq götürülən 11 litr qan Mərkəzi qan bankına təhvil ­verilib.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR