25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığı ilə bağlı “Gələcəyini planlaşdır” adlı təlim keçirilib. Təlim 4-5 mart tarixlərində komitənin iclas zalında təşkil edilib.

Tədbiri giriş sözü ilə komitənin sədr müavini Aytən Məmmədova açaraq bildirib ki, muxtar respublikada yaradılan şərait qadınların ictmai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında fəaliyyət göstərir, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Keçirilən təlim də qadınların gələcəkdə sahibkarlıq fəaliyyətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Aytən Məmmədova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin mahiyyəti və aktuallığı barədə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova geniş məlumat verərək bu təlimin iştirakçılar üçün mühüm əhəmiyyətindən bəhs edib.
Təlim gündəliyinə uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşları Pərvin Cümşüdova, Zəhra İsmayılova və Hüseyn Əliyev tərəfindən “Pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümlülüyün idarə edilməsi” və “Həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırmanın faydası”,“Yığım metodları və bacarıqları”, “Təcili hadisələr üçün xərclər və ehtiyat fondu”, “Əmanət alətləri” və “Ağıllı borcalma” mövzularında slaydlar vasitəsilə ətraflı məlumat verilib və iştirakçıların təqdimatları dinlənilib.
Qeyd edək ki, təlimin sonunda 30 nəfərə sertifikat təqdim olunub.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR