22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb, seminar və elmi-praktik konfranslar təşkil olunub.

Ötən ay 43 tibb işçisi növbəti attestasiya imtahanı keçərək uğurlu nəticə qazanıb. Həkim, rezident və orta tibb işçiləri Türkiyə Respublikasında və Bakı şəhərində kurslara göndərilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunda yaşayan I qrup yataq xəstələrini evlərində tibbi müayinədən keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 51 müayinə, 14 cərrahiyyə əməliyyatı ­aparılıb.
Həmçinin I-VI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə 6 min 365 uşağa mantu sınağı qoyulub, təhsil müəssisələrində 44 min 292 şagird kütləvi müayinələrə cəlb edilib, 5 min 542 şagird dispanser qeydiyyata alınıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin səyyar flüoro­qrafiyası vasitəsilə 373 məktəblidə müayinə aparılıb. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən 115 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, patologiya aşkar olunan qadınlar ətraflı müayinə və müalicəyə dəvət edilib.
Noyabr ayında Bakı şəhərindən 100 sağlamlıq imkanı məhdud şəxs Darıdağ arsenli su müalicə və istirahət kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Diaqnostika Müalicə Mərkəzinə sanator-kurort müalicəsi üçün qəbul olunub, muxtar respublika üzrə 50 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 12 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR