22 Dekabr 2024, Bazar

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Ordubad rayonunda növbəti humanitar tibbi aksiya keçirib.

Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Aksiyanın ilk günü 435 nəfər ambulator müayinə ilə əhatə olunub. 19 cərrahi əməliyyat aparılıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstə­xanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.
Dördgünlük humanitar aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının 21 nəfərdən ibarət həkim briqadası da Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR