22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə müəssisələrində kargüzarlığın aparılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazır­lanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, dövlət və özünü­idarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.
Bu sahədə nazirlikdə görülən işlər nəticəsində sənədlərin əldə göndərilməsi minimuma endirilib, həm kağız sərfiyyatını azaltmaq, həm də zamana qənaət etmək üçün sənədlərin elektron dövriyyəsi təşkil olunub.
Nazir müavini sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin, axtarış sistemi təhlükəsizliyinin təmin edilməsi, təşkilata daxil olan və göndərilən sənədlərin sistemə yerləşdirilməsi, sənədin əslinin elektron formata salınıb sistemin yaddaşında saxlanılması, sənədin rəhbərliyə yönləndirilməsi və kargüzarlıq işlərindəki digər mühüm məsələlərin düzgün icrasının vacibliyindən danışıb. Bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Sonra nazirliyin ümumi işlər sektorunun müdiri Sərxan Əkbərov elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair qaydalar barədə məlumat verib. Səhiyyə müəssisələrində elektron sənəd dövriyyəsinə nəzarətin gücləndirilməsinin və bu işin mükəmməl həyata keçirilməsinin vətəndaşlara göstərilən xidmətlərin daha effektiv formada təşkili məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə yeni tətbiq olunan kargüzarlıq qaydaları izah edilib, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR