22 Dekabr 2024, Bazar

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı dünən əhali arasında maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 10 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb. Müvafiq sərəncama əsasən bu il dekabr ayından etibarən rayonda da tətbiq edilən icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir. Belə ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib, müvafiq palatalarda mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi yaradılıb, 46 kompüter, 5 printer, mərkəzi server qurulub və Medisoft “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb.
Sonra agentlik əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənilib. Həmin mövzularla bağlı slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR