22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sentyabrın 27-də Şahbuz Rayon Mərkəzi Xəstəxanasında səyyar kollegiya iclası keçirib. Tədbirdə 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib.

Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bütün sahələr kimi, səhiyyə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan səhiyyə quruculuğunun təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etməsi əhalinin sağlamlığının yüksək səviyyədə qorunmasına əlverişli şərait yaradıb. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan səhiyyə müəssisələrinin müasir istilik sistemi ilə təchiz olunması payız-qış mövsümündə onların fasiləsiz fəaliyyətini təmin edib. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdırıldıqdan sonra şəhər və rayon səhiyyə müəssisələri də daxil olmaqla, qış mövsümündə 83 tibb müəssisəsi fərdi, 116 müəssisə isə mərkəzi istilik sistemi, digər 21 müəssisə neft sobası, 5 müəssisə isə təbii qazla qızdırılacaqdır. Ötən il səhiyyə müəssisələrinin 83 faizi istilik sisteminə malik idisə, bu il səhiyyə quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 87 faiz təşkil edir. 2019-2020-ci illərin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək üçün onların yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilib.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də 2019-2020-ci illərin payız­-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaqdır. Həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, xəstəxanalarda elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında digər məsələlər də müzakirə olunub.
Tədbir iştirakçıları Şahbuz Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə də tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR