Muxtar respublikada tətbiq olunan səhiyyə qanunvericiliyini, insan hüquqları normativlərini, həmçinin tibb işçilərinin etik davranış qaydalarını rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Etika komissiyası yaradılıb.
Tibb işçiləri tərəfindən etik qaydalara riayət olunmasının təminatı və həmin tibb müəssisələrində işçilərin Naxçıvan Muxtar Respublikasının səhiyyə qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət komissiyanın əsas vəzifəsi kimi müəyyənləşdirilib. Həmçinin şəhər tibb müəssisələrinin və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə də səhiyyə müəssisələrində etika komissiyaları yaratmaq barədə tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti