22 Dekabr 2024, Bazar

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dördgünlük humanitar tibbi aksiyaya start verib. Bu məqsədlə mayın 8-də xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi Ordubad Rayon Mərkəzi Xəstəxanasına gəlib. Briqadada həkim cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama-ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Aytən Xələfova, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə ilk gün 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.
Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib və minnətdarlıqlarını bildiriblər.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR