Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsində göstəriləcək tibbi xidmətə bayram güzəştləri ediləcək.
May ayının 1-dən start verilən bu tədbir ayın sonunadək davam edəcək. Ay ərzində sakinlərə göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində güzəştlər olunacaq.
Bu müddətdə vətəndaşlar mərkəzdə həyata keçirilən tibbi xidmətin ambulator, laborator müayinələrindən yararlana bilərlər. Pasiyentlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar, həmçinin cərrahi xidmətlərlə əhatə ediləcək və həkim məsləhəti alacaqlar.
Vətəndaşlar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsində yaradılmış bu imkanlardan istifadə nəticəsində sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti