22 Dekabr 2024, Bazar

Beynəlxalq Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında 14-cü Endoskopik laparoskopik cərrahiyyə konfransı keçirilib. Türkiyə Endoskopik Cərrahiyyə Dərnəyinin sədri professor Levent Avtanın dəvəti ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-cərrahı Nazim İbrahimov da bu konfransda iştirak edib.
Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan laparoskopik cərrahiyyəyə həsr edilmişdi. Konfransın əsas məqsədi dünyada aparılan əməliyyatların və tibbi yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla mütəxəssisləri tanış etmək olub. Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-ə yaxın iştirakçı olduğunu bildirən Nazim həkim bizimlə söhbətində qeyd etdi ki, həmin tədbirdə son illərdə inkişaf edən texnologiyanın cərrahiyyədə yaratdığı imkanlar, bu texnologiyanın tətbiqi ilə aparılan ən son cərrahiyyə əməliyyatları barədə ətraflı məlumatlar verilib. Konfrans müddətində klinik və nəzəri praktikalar keçirilib.
Nazim İbrahimov həmin praktika və məşğələlərdə fəal şəkildə iştirak edib və sertifikat alıb. O, Naxçıvanda həyata keçirilən endoskopik cərrahiyyə ilə əlaqədar təcrübələrini bölüşüb. Bildirib ki, hazırda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ən müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması müxtəlif əməliyyatların kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. Həmin tibbi cihazların köməyi ilə artıq bir neçə ildir ki, endoskopik cərrahiyyənin ən son metodları tətbiq edilməklə mərkəzimizdə qapalı prostat vəzinin adenoması əməliyyatı (TUR), öd kisəsinin endoskopik əməliyyatları (laparoskopik xolesistektomiya), laparoskopik appendektomiya, laparoskopik kistektomiya və bunun kimi bir sıra müasir cərrahiyyə əməliyyatları uğurla icra olunmaqdadır.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR