22 Dekabr 2024, Bazar

“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.
Dünən keçirilən növbəti dispanserizasiya tədbirində Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri kütləvi profilaktik müayinələrlə əhatə olunublar.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, cərrah-ortoped, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqadası məktəbin 587 şagirdini müayinədən keçirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR