22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının baş hə­kiminin müavini, neyrocərrah ­Ramazan Abbasov tərəfindən aparılan neyrocərrahiyyə əməliyyatı uğurla nəticələnib.
Xəstəxanaya gətirilən Kəngərli rayonunun Yurdçu kənd sakini, 79 yaşlı Feyzulla Əliyevə beyin qanaması (xroniki subdural hematoma), sol tərəfin iflici (hemipilegiası) ­diaqnozu qoyulub. Xəstədə yüksək təzyiqlə yanaşı, şəkərin 400 milli­qram-faiz səviyyəsinə yüksəlməsi də müşahidə edilib. Onun hərəkət və danışıq qabiliyyəti tamamilə məhdud olub.
Xəstə yaxınları Naxçıvanda mürəkkəb tibbi əməliyyatların aparılması üçün kifayət qədər əsaslı maddi­-texniki bazanın olduğunu vurğulayaraq xəstənin yüksəkixtisaslı yerli cərrahlar tərəfindən tibbi əməliyyat olunmasını xahiş ediblər.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstəni burada şöbənin həkimi Elsevər Ağəliyev əməliyyata hazırlanılma məqsədilə müalicə edib. Neyro­cərrah Ramazan Abbasovun apardığı uğurlu tibbi əməliyyat nəticəsində xəstənin beyni üzərində toplanmış, təxminən, 150-200 milli­qram həcmində qan təmizlənib.
Əməliyyat uğurla başa çatdıqdan sonra xəstənin hərəkət və danışıq qabiliyyəti bərpa olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında yerli neyro­cərrah tərəfindən aparılan bu tibbi əməliyyat Naxçıvan səhiyyəsinin növbəti uğuru kimi qiymətləndirilir. Bu, muxtar respublikada səhiyyənin inkişafına göstərilən yüksək dövlət qayğısının, səhiyyə işçilərinin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Vaxtilə müayinə və müalicə üçün başqa yerlərə üz tutan muxtar respublika sakinləri bu gün Naxçıvanda səhiyyə xidmətləri ilə tam əhatə olunurlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR