22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi martın 1-də Babək Rayon Mərkəzi Xəstəxanasında səyyar kollegiya iclası keçirib.
Nazir Niyazi Novruzov çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin qayğı və diqqəti nəticəsində bu gün səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Babək Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələrindən biridir. Burada yüksəkixtisaslı həkimlər müasir tibbi avadanlıq və cihazlarla müayinə, müalicə işləri aparırlar. Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi ilə yanaşı, Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olub. Rayonda sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Ümumi işlər sektorunun aparıcı məsləhətçisi Məhsəti Allahverdiyeva Babək rayonunda əhaliyə göstərilən mama-ginekoloji xidmətin, Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikada dializ müalicəsi alan xroniki böyrək çatışmazlığı xəstələrinə göstərilən tibbi xidmətin vəziyyəti haqqında çıxış ediblər.
Kollegiya iclasında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.
Sonda tədbir iştirakçıları Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR