22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sisteminin inkişafına dövlət qayğısından danışıb, digər sahələr kimi, endokrinologiya sistemində də mühüm irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, son illər ölkəmizdə şəkərli diabetin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu, 2011-2015-ci və 2016-2020-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib. Muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə­nəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünə­nəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.
Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostika və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə altı ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.
Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynovanın qalxanabənzər vəzin xəstəlikləri zamanı yaranan müxtəlif reproduktiv pozulmalar və şəkərli diabet və xroniki venoz çatışmazlığı ilə bağlı məruzəsi dinlənilib.
Mütəxəssis şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib.
Konfransın sonunda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR