22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olmuşdur. Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların ­sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksək­ixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab­­ İlham Əliyevin doğum günü münasibətilə Bakı şəhərində yerləşən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 26 nəfərdən ibarət həkim briqadası dekabr ayında muxtar respublikada əhalini tibbi müayinədən keçirmiş, cərrahi əməliyyatlar aparmışdır. Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərlik etdiyi, tibb elmləri doktorları və namizədlərinin daxil olduğu həkim briqadası dekabrın 22-də Şahbuz Rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Burada 220 sakin tibbi müayinədən keçirilmiş, 45 xəstədə cərrahi əməliyyat aparılmışdır. Həmçinin dekabrın 22-25-də həkim briqadası Ordubad Rayon Mərkəzi Xəstəxanasında 1480 rayon sakinini müayinə etmiş, 65 xəstə əməliyyat olunmuşdur.
Müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanalarda həkimlər üçün lazımi şərait ­yaradılmışdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR