22 Dekabr 2024, Bazar

Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib.
Hazırda müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliy­yatlar zamanı qan itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər daxili orqanların müxtəlif xəstəliklərində, onkoloji xəstələrin müalicəsində Qan bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Bu isə qana olan tələbatı daha da artırır.
Muxtar respublikada son dövrlərdə qan donorlarının sayı iki dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi Qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə bir il müddətində saxlamağa imkan verir.
Burada əlverişli şərait yaradılıb, yeni avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə Qan bankında müxtəlif xəstəliklərin müalicəsi üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR