22 Dekabr 2024, Bazar

   Muxtar respublikamızda əvvəlki aylarda olduğu kimi, noyabr ayında da zəhərlənmə hadisəsi, zoonoz və digər təhlükəli yoluxmalar qeydə alınmamışdır. 

  Yenidoğulmuşların 94,2 faizi idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit “B”, polimielit peyvəndi almışdır. Uşaqlar arasında idarəolunan yoluxucu xəstəlik­lər baş verməmiş, bu xəstə­liklərin profilaktikası məqsədilə həyata keçirilən tədbirlərə nəzarət gücləndirilmişdir. Uşaq və yeniyetmə müəssisələrində fiziki inkişaf göstəriciləri nəzarətə götürülmüş, yaşdan asılı olaraq uşaq orqanizminin vitamin və qida maddələrinə olan tələbatı menyu cədvəllərinin statistik işlənmə üsulu vasitəsi ilə təhlil edilmiş, həmin müəssisələrin rəhbərlərinə bu barədə metodik tövsiyələr verilmişdir.
  Epidemik cəhətdən xüsusi təhlükəli xəstəliklərin başvermə ehtimalı olan ərazilərdə profilaktik və epidemiya əleyhinə tədbirlərin sistemli olaraq həyata keçirilməsi planlı şəkildə davam etdirilir. Daxil olmuş sifarişlər 12 saatadək vaxt ərzində öz həllini tapmış, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.

  İstehsal olunan məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, noyabr ayı ərzində 24 məhsul sertifikatlaşdırılmışdır. Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 35 su, 277 yuyuntu nümunələrinin, 225 digər nümunələrin müayinələri aparılmışdır. Obliqat qruplarında səhiyyə üzrə 95, təhsil üzrə 77, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 112, kommunal sahələr üzrə 16 nəfər, 186 sürücü daxil olmaqla, 486 nəfər bakterioloji müayinələrdən keçirilmişdir.
     Radioloji qrup tərəfindən müxtəlif yerlərdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 33 nümunədə 165 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin un nümunələrinin dəmirlə zənginləşdirilməsinin norma daxilində olduğu müəyyən edilmişdir. Kommunal gigiyena laboratoriyasında 36 nümunədə 288, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 6 nümunədə 23 müayinə aparılmışdır.
   İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
   Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar
Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR