22 Dekabr 2024, Bazar

İyun ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş,infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yenidoğulmuş uşaqların 98,4 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 481 kvadratmetr dezinfeksiya və 31 min 600 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirməklə muxtar respublikaya xarici ölkələrdən gələn sərnişinlər üzərində xəstəliyə şübhəli hərarətli şəxslərin aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri quraşdırılmışdır. Hazır­da bütün gömrük məntəqələri və hava limanında vətəndaşlar üzərində vizual müayinə aparılması təmin olunmuşdur. Həmçinin bütün regional gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həftədə iki dəfə su və torpaq nümunələri Xüsusi təhlükəli infeksiyalar laboratoriyasına göndərilmişdir.

Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 151 su, 210 yuyuntu nümunələrinin, 943 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 223, təhsil üzrə 167, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 95, kommunal sahələr üzrə 61, sürücülük üzrə 14 nəfər olmaqla, bütövlükdə, 560 nəfər müayinədən keçmişdir.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin qidalanma gigiyenası laboratoriyasında 14 nümunədə 24 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 2 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 14 nümunədə 75, Toksiko­loji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 6 nümunədə 11 müayinə aparılmışdır.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 33 mühazirə oxunmuş, 1 seminar keçirilmiş, tibbi şurada 3 məsələ müzakirə edilmişdir.
“İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR