22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ötən şənbə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib.
Müəssisənin tibbi sanitar hissəsinin həkim və orta tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində bütün məhkumlardan ümumi, hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülüb. Sonra yüksəkixtisaslı həkimlər tərəfindən müayinələr aparılıb. Aşkarlanan xəstəliklər məhkumların tibbi kitabçalarına qeyd olunub və dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, həmçinin mövsümi xəstəliklər barədə səhiyyə maarifi işləri aparılıb. Profilaktik tibbi müayinələr iyunun 20-də də davam etdirilib, Naxçıvan Мuxtar Respublikası Ağciyər Xəstə­likləri Dispanseri tərəfindən məhkumların ftiziatr müayinələri həyata keçirilib.

 * * *

Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Babək rayonunun Qahab kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, stomatoloq, nevropatoloq, endokrinoloq, ginekoloq, həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 35 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 30 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR