23 Dekabr 2024, Bazar ertəsi

Mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.
Sərgiyə baxışdan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva muxtar respublikada digər yaradıcı sənət adamları kimi, rəssamların da fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsi, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması, rəssamların fəxri adlarla təltif olunması, Naxçıvanda yaşayıb-yaradan rəssamlara beynəlxalq sərgilərdə iştirak etmək üçün dəstək verilməsi, onların yaradıcılıq emalatxanaları ilə təmin olunması bunun bariz nümunəsidir. 2012-ci ildən etibarən Naxçıvanda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının keçirilməsi muxtar respublika rəhbərinin Naxçıvanda rəssamlıq sənətinin inkişafına qayğısının daha bir təzahürüdür.
Ülviyyə Həmzəyeva beynəlxalq rəsm festivalının bütün iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, mədəniyyət və turizm naziri Natəvan Qədimova və Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva festival iştirakçılarına xatirə plaketi və diplomlar təqdim ediblər.
Festival iştirakçıları – Azərbaycan Respublikasının Xalq rəssamı Ağəli İbrahimov, türkiyəli rəssam Nilüfər İnaltonq, Gürcüstandan gəlmiş Tamar Lamparadze və başqaları onlara göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra sərgiyə baxış olub. Sərgidə Naxçıvanın tarixi və memarlıq abidələri, füsunkar təbiətini əks etdirən rəsm əsərləri muxtar respublika ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Sonra festival iştirakçıları Bəhruz Kəngərli adına Sərgi Salonunda naxçıvanlı rəssamların əsərlərindən ibarət sərgiyə baxıb, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Bununla da, “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR