23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu “Əbədi ezamiyyət” sənədli filmini  Şahbuz şəhərindəki “Araz” kinoteatrında nümayiş etdirib. 

Qeyd edək ki, bu sənədli film Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanıb. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Rəşad Nuriyev və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyevdir.
“Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib. Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşlər və söhbətlər də lentə alınıb.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR