23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev dühası əbədiyaşardır” adlı rəsm sərgisi açılıb.

Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz işlərdən ətraflı söhbət açıb.
Ülviyyə Həmzəyeva bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına həsr edib, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyib. O, bugünkü qüdrətli Azərbaycan Respublikasının qurucusu və memarıdır.
“Naxçıvan Rəssamlar Birliyinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1971-ci ilin iyun ayında məhz ulu öndərin göstərişi ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yaradıldı və ilk günlər 9 üzvlə fəaliyyətə başladı”, – deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd edib ki, ulu öndər hələ məktəb illərindən rəssamlığa böyük maraq göstərib. Onun kiçik yaşlarından çəkdiyi dəyərli rəsm əsərləri də belə deməyə əsas verir. Bu gün həmin əsərlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılır.

Qeyd olunub ki, xüsusi rəssamlıq təhsili alması və gələcəkdə rəssam olmaq istəyi sonralar Onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirib. Ulu öndər Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı üçün əlindən gələni əsirgəməyib. Bu sahədə də xüsusi xidmətləri olan dahi şəxsiyyətin işıqlı xatirəsi və uca əməlləri müstəqil Azərbaycan Respublikası tarixində və onun xalqının yaddaşında əbədi yaşayacaqdır.
Tədbirdə sənətşünas Nizami Alıyev çıxış edərək deyib ki, milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən Türk dünyasının böyük oğlu Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərib.
Sonra rəsm sərgisinə baxış olub.
Sərgidə 21 rəssamın 42 əsəri nümayiş olunur. Sərgi iştirakçıları ulu öndərin portretinə, ulu yurd yeri Naxçıvanın füsunkar təbiət mənzərələrinə maraqla baxıblar.
Sərgi mayın 18-dək davam edəcək.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR