25 Dekabr 2024, Çərşənbə

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar Təşkilatı ilə birgə “Muğam lektoriyası”na start vermişdir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində keçirilən ilk lektoriyanı giriş sözü ilə mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev xalq musiqisinə həmişə böyük məhəbbətlə yanaşmış və bu musiqinin inkişafına qayğı göstərmişdir. Ümummilli lider hər zaman milli mədəniyyətimizin əsas tərkib hissəsi olan muğamlarımızın təbliğinə geniş yer vermişdir. “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam sənəti bizim milli sərvətimizdir”, – deyən nazir qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti ilə zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Lektoriyada Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli, Naxçıvan Musiqi Kollecinin müəllimi Tağı Tağıyev və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva çıxış edərək musiqi irsimizdə geniş inkişaf etmiş muğamlar barədə məlumat vermişlər.
Lektoriyada Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin, Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında Azərbaycan muğamlarından nümunələr səsləndirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR