23 Dekabr 2024, Bazar ertəsi

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva “23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “İnsan mənəviyyatının zənginləşməsində kitabın rolu” mövzularında çıxışlar ediblər.
Bildirilib ki, kitab insanların yaradıcı təfəkkürünün məhsulu kimi hamının, xüsusilə uşaqların və gənc­lərin formalaşmasında əvəzsiz xəzinədir. Kitablar gənc nəsildə elmi və mədəni inkişafa, təbiətə maraq yaratmaqla bərabər, həm də yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi zənginlik, vətənpərvərlik, torpağa bağlılıq, mərhəmət duyğuları aşılayır. Naxçıvan Muxtar Respublikasında da kitabxanalara, kitab nəşrinə, yaradıcı insanlara diqqət və qayğı göstərilir. Eyni zamanda muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkşafında mühüm rol oynayır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Müəlliflik hüququnun insan hüquqları sistemində yeri” mövzusunda çıxışında ölkəmizdə intellektual, yaradıcı və əqli mülkiyyətlə bağlı yaradılmış qanunvericilik bazasından söhbət açıb.
Tədbirin sonunda kitab sərgisinə baxış olub.
Ümumdünya Kitab və Müəllif Hüquqları Günü muxtar respublikanın rayonlarında da qeyd edilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR