23 Dekabr 2024, Bazar ertəsi

Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində Azərbaycanda ilk satirik məcmuə olan “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova mətbuatımızın tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin”in yaranmasından, onun redaktoru, böyük ədib Cəlil Məmmədquluzadənin xidmətlərindən danışıb. Bildirib ki, bu jurnalın nəşri ilə XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixində yeni bir dövrün əsası qoyulub.
Qeyd olunub ki, 110 il bundan əvvəl “Molla Nəsrəddin”in nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam dünyasında mühüm hadisə idi. Müəyyən fasilələrlə jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr edilib.
Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə həm Azərbaycanda, həm də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları dərgiyə ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Jurnalın Rusiya ilə yanaşı, Asiya və Avropa ölkələrində, Amerikada abunəçiləri var idi.
Tədbirdə filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli “Ümummilli liderimiz Heydər Əliyev “Molla Nəsrəddin” haqqında”, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova “Molla Nəsrəddin” jurnalının yaranması”, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Molla Nəsrəddin şeir məktəbinin banisi” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov­un və Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında “Qəm pəncərəsi” filmindən bir səhnə göstərilib, Cəlil Məmmədquluzadənin ev-muzeyinin ekspozisiyasına baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR