25 Dekabr 2024, Çərşənbə

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək Rayon Uşaq Musiqi Məktəbi muğam müsabiqəsi keçirib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva, məktəbin direktoru Niyaz İsmayılov, müəllimlər Zülfüqar Babayev və Aydın Məmmədli çıxış edərək ümummilli liderimizin Azərbaycan mədəniyyətinin, o cümlədən musiqinin inkişafına göstərdiyi qayğıdan danışıblar. Qeyd olunub ki, gənc istedadların üzə çıxarılması, uşaqların musiqi təhsili almaları üçün muxtar respublikamızda, o cümlədən Babək rayonunda böyük işlər görülür, musiqi məktəbləri üçün yeni, müasir binalar inşa olunur. Musiqi məktəblərinin şagirdləri arasında tez-tez müsabiqələr keçirilir.
Sonra xanəndəlik sinfi üzrə keçirilən müsabiqədə şagirdlərin ifasında muğamlar, ritmik muğamlar və xalq mahnıları səsləndirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR