25 Dekabr 2024, Çərşənbə

Bu ilin mart ayında Naxçıvan Dövlət Televiziyasında muxtar respublika kitabxanalarının fəaliyyətlərindən bəhs edən süjet yayımlanmış, “Şərq qapısı” qəzetində kənd mədəniyyət evlərində və kitabxanalarda işin təşkilindən bəhs edən tənqidi məqalə dərc olunmuşdur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində tədbir keçirilmiş, kitabxanalarda və mədəniyyət müəssisələrində yol verilən nöqsanların aradan qaldırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Martın 4-də Naxçıvan Dövlət Televiziyasında yayımlanan və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının fəaliyyətindən bəhs edən süjetdə kitabxana-oxucu münasibətlərinin günün tələbləri səviyyəsində olmadığı göstərilmişdir. Süjetin yayımından sonra kitabxanaya oxucu cəlb etmək məqsədilə maarifləndirmə işlərinə başlanmış, əməkdaşlar elm və təhsil müəssisələrində, bir sıra təşkilatlarda olmuş, müxtəlif sahələrə aid tövsiyə xarakterli ədəbiyyat siyahıları hazır­lanaraq təşkilatlara göndərilmişdir. Hazırda kitabxana-oxucu münasibətlərinin daha yaxşı qurulması istiqamətində işlər davam etdirilir. Xəbər süjetində Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında kitabxanaçı Şəfa Orucovanın öz işinə laqeyd yanaşması, fondda saxlanılan kitablar haqqında məlumata malik olmaması müşahidə olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı Şəfa Orucovaya xəbərdarlıq edilərək işində dönüş yaratması tapşırılmışdır.

“Şərq qapısı” qəzetində martın 16-da dərc olunan “Kənd mərkəzləri mahiyyət və məzmunca yeni obyektlərdir. Bəs bu ünvanlarda fəaliyyət göstərən təşkilatlar öz işini necə qurublar?” sərlövhəli məqalədə kənd mərkəzlərindəki mədəniyyət evlərində və kitabxanalarda işin düzgün təşkil edilmədiyi, Babək rayonunun Məmmədrzadizə, Kərimbəyli və Zeynəddin kənd mərkəzlərində mədəniyyət evinin və kitabxana işçilərinin iş vaxtı yerlərində olmadıqları qeyd olunmuşdur. Nazirlik tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin gün işçilər görkəmli şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə bağlı Babək Rayon Mədəniyyət Evində keçirilən tədbirdə iştirak etdikləri üçün iş vaxtı yerlərində olmamışlar. Məqalədə qeyd olunan digər məsələlərlə bağlı da bir sıra tədbirlər görülmüş, işdə nöqsana yol verdiklərinə görə Şərur rayonunun Danyeri kənd kitabxana filialının baş kitabxanaçısı Nailə Babayevaya, Aşağı Daşarx kənd kitabxana filialının baş kitabxanaçısı Arifə Kamalovaya, Zeyvə kənd klubunun mədəni-kütləvi təşkilatçısı Niyazi Fərəcova, Kəngərli rayonunun Yeni Kərki kənd klubu­nun müdiri Pəri Məmməd­ovaya, Qabıllı kənd kitabxana filialının müdiri Əzizə Məmməd­ovaya sonuncu xəbərdarlıq edilərək şiddətli töhmət, Şahtaxtı kənd mədəniyyət evinin direktoru Təranə İmran­ovaya, Qabıllı kənd mədəniyyət evinin direktoru Aidə Ələkbər­ovaya və Culfa rayonunun Göydərə kənd mədəniyyət evinin direktoru Vəli Əliyevə töhmət verilmiş, Şahtaxtı kənd kitabxana filialının müdiri Hüsnüzər Qasım­ovaya xəbərdarlıq edilmişdir.
Nazirlik tərəfindən qeyd olunan nöqsanlarla bağlı rayon Mədəniyyət və Turizm şöbələrinin müdirlərinə konkret tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR