25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Yadigar, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıblar.

Qeyd olunub ki, bu gün hər bir Azərbaycan vətəndaşı soyqırımının bütün dünyada tanıdılmasına, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməlidir. Bugünkü sərginin təşkil olunmasında da məqsəd incəsənət adamları olan rəssamlarımızın soyqırımına öz münasibətini bildirməsi, faciələrin rəsm əsərləri vasitəsilə xalqın yaddaşına köçürülməsidir. 
Sonra sərgiyə baxış olmuşdur. Qeyd edək ki, sərgidə 20 rəssamın 33 rəsm əsəri nümayiş etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR