24 Dekabr 2024, Çərşənbə axşamı

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında “Torpaq uğrunda ölən varsa, vətəndir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə 17 tam orta məktəbdən 34 yazı təqdim olunub. Münsiflər heyətinin qərarı ilə 16 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Əliyeva birinci yerə layiq görülüb. Digər iki pillədə isə 12 nömrəli tam orta məktəbin XI sinif şagirdi Günay Mirzəyeva və 17 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bəhriyyə Hüseynova qərarlaşıblar.
Qeyd edək ki, 16 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Əliyeva inşa yazısı ilə Naxçıvan Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.

* * *

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında keçirilən “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkil etdiyi müsabiqədə 17 tam orta məktəbdən 17 şagirdin şeiri dinlənilib. Müsabiqədə çıxış edənlər Qanlı Yanvar faciəsi barədə müsabiqə iştirakçılarına geniş məlumat veriblər. Münsiflər heyətinin qərarına əsasən, 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tərlan Quliyeva qalib adını qazanıb. 7 nömrəli tam orta məktəbin V sinif şagirdi İlkanə Quliyeva ikinci, 17 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əhməd Əhmədli və 16 nömrəli tam orta məktəbin VII sinif şagirdi Səma Cəlilova isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar. Müsabiqənin qalibi Tərlan Quliyeva muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR