Naxçıvan Dövlət Film Fondu bayram günlərində məktəblilərin asudə vaxtını səmərəli keçirmək üçün muxtar respublikanın iri yaşayış məntəqələrində Azərbaycan filmlərinin nümayişini təşkil edib. Kinoseanslarda, əsasən, Azərbaycan kinosu tarixində sevilən uşaq filmləri nümayiş olunub.
Fondun əməkdaşları məktəblilərə Azərbaycanda müxtəlif illərdə çəkilmiş uşaq filmləri haqqında da məlumat veriblər. Kəngərli rayonunda “Qaraca qız”, Şərur və Babək rayonlarında “Biz qayıdacağıq”, Şahbuz rayonunda “Bir qalanın sirri”, Ordubad rayonunda “Şərikli çörək”, Naxçıvan şəhərində isə “Ögey ana” bədii filmlərinə yüzlərlə məktəbli baxıb.
Əli Rzayev